Mobil versiya
"Sülh müqaviləsinin 2 mətni var" - Armen Qriqoryan
Tarix: 08-12-2022 | Saat: 16:36
Bölmə:Dünya | çapa göndər

"Sülh müqaviləsinin 2 mətni var" -

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi layihəsinin 2 mətni var”.

aia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bir variantı Rusiya, digərini Azərbaycan təklif edib: “Qərb danışıqlar üçün şərait yaratmağa çalışdı. Moskva da bunu edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmaq üçün hər şeyi etməlidir".

Eyni zamanda, A.Qriqoryan söyləyib ki, rəsmi İrəvan nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtlardan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə sənəd alıb.

aiaaz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025