Mobil versiya
Stoltenberq Ukraynanın NATO-ya üzvlüyünün şərtini AÇIQLADI
Tarix: 30-11-2022 | Saat: 16:53
Bölmə:Dünya | çapa göndər

Stoltenberq Ukraynanın NATO-ya üzvlüyünün şərtini

NATO-ya üzvlükdən əvvəl Ukrayna müstəqil, suveren və demokratik ölkə kimi qələbə çalmalıdır.

aia.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Buxarestdə keçirilən XİN başçılarının toplantısının ikinci günündə mətbuat konfransında deyib.

“Ukraynanın Alyansa üzvlüyü ilə bağlı danışıqların davam etməsi üçün əlbəttə ki, ilkin şərt Ukraynanın qalib gəlməsi, öz mövcudluğunu suveren və müstəqil dövlət kimi qorumasıdır. Biz NATO olaraq Ukraynanın qalib gəlməsi üçün əlimizdən gələn hərbi, iqtisadi, humanitar dəstəyi veririk”, - Stoltenberq vurğulayıb.

O bildirib ki, digər şərt Ukrayna və NATO arasında siyasi və praktiki əməkdaşlığın gücləndirilməsi ilə bağlıdır: “Ukrayna ordusunda islahatlar istiqamətində NATO Ukraynaya dəstək verir, bu sahədə illərlə davam edən əməkdaşlığımız var”.

Alyansın Baş katibinin sözlərinə görə, bütün bu addımlar Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirir və bu proses mərhələli şəkildə həyata keçir. /APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2023