Mobil versiya
Ermənistan özü asılı ölkə olduğunu bir daha təsdiqləyir
Tarix: 29-11-2022 | Saat: 12:00
Bölmə:Gündəm / Özəl | çapa göndər

Ermənistan özü asılı ölkə olduğunu bir daha təsdiqləyir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu hesab edilən Orta Dəhliz beynəlxalq layihəsi yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan biri hesab olunur. Bu gün Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlərin yaşanması səbəbilə bu dəhlizin əhəmiyyəti getdikcə artır. Təbii ki, dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət kəsb edir. Bu nəqliyyat marşrutu həm də okeana çıxışı olmayan Türkmənistan, Özbəkistan və Əfqanıstan kimi ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından mühüm önəm daşıyır. Noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda layihənin tam istismara verilməsi üçün bundan sonra atılacaq addımlar, marşrut üzərində yerləşən ölkələrin üzərinə düşən vəzifələr müzakirə olunmuşdur. Konfransda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, mövzu ətrafında ətraflı açıqlamalar və əhatəli təhlillər təqdim etmişdir.
İlk növbədə möhtərəm dövlət başçımız qeyd etmişdir ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün deyil. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Həm də bu sabitlik marşrut üzərində yerləşən bütün ölkələrdə təmin olunmalıdır. Azərbaycanda cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət sayəsində artıq uzun illərdir ki, ictimai-siyasi sabitlik hökm sürür və məhz bu sabitlik ölkəmizin iqtisadi inkişafını təmin edən əsas amillərindən biridir. Həmçinin uğurlu siyasi kurs Azərbaycanın beynəlxalq arenada oynadığı rolun da getdikcə daha böyük əhəmiyyət kəsb etməsinə zəmin yaradıb. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətinin proqnozlaşdırılması həm ölkə daxilində rifah yüksəlişinə, həm də Azərbaycanın mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlər qurmasına səbəb olub. Lakin, dövlət başçımızın öz çıxışında dediyi kimi, layihənin tam uğurla başa çatdırılması üçün Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin öz sərhədləri daxilində fiziki nəqliyyat və logistika infrastrukturunu yaratması və bunu məhz lazım olan səviyyədə həyata keçirməsi də vacibdir.
Məlumdur ki, Azərbaycan infrastrukturun inkişafına uzun illərdir ki, davamlı olaraq sərmayə yatırır və bu sahədə ölkəmizdə çox böyük layihələr icra edilib. Bu gün Azərbaycan artıq geniş əhatəli, müasir dəmiryolu və avtomobil yolları şəbəkəsinə malikdir. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışı oldu. İndi isə Azərbaycan ölkə ərazisindən keçən yük həcmlərinin getdikcə artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başlayıb. Həmçinin Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri də Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki layihənin aktiv iştirakçısıdır və artıq ölkəmizdə bu dəhlizlərin hər biri ilə bağlı nəqliyyat və logistika infrastrukturu demək olar ki, tam hazırdır.
Təbii ki, bütün bu işlərin həyata keçirilməsi yenə də ilk növbədə təhlükəsizlik məsələlərinin effektiv həlli ilə sıx bağlıdır. Cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, bu gün təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birini necə dəstəkləyə biləcəklərini müzakirə etməlidirlər. Çünki bu gün dünyada beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, istənilən bir ölkənin özünü təhlükəsizlikdə hiss edə bilməsi üçün onun güclü ordusu və etibarlı müttəfiqləri olmalıdır.
Həmçinin müasir dövrün irəli sürdüyü vacib tələblərdən biri də texnoloji təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Azərbaycanın bu istiqamətdə fəaliyyət planları barədə açıqlama verən dövlət başçımız bildirdi ki, rəqəmsal inkişaf və nəqliyyat ümumi inkişafın və təhlükəsizliyin ən mühüm elementləridir və Azərbaycan da öz növbəsində mövcud istiqamətdə qabaqcıl təcrübəyə və qabaqcıl texnologiyalara üstünlük verəcəkdir. Cənab Prezident bu məsələnin önəmini vurğulayaraq qeyd etdi ki, getdikcə daha çox ölkənin, hətta ən müasir texnologiyalara malik ölkələrin belə kiber hücumlara qarşı həssaslaşdıqlarını nəzərə alaraq, biz kibertəhlükəsizliklə ciddi şəkildə məşğul olmalıyıq.
Cənab Prezident İlham Əliyevin konfransın gedişində tədbir iştirakçılarının suallarını cavablandırarkən toxunduğu vacib məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı oldu. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir və bu ölkə faktiki olaraq dalana dirənmiş ölkədir. Məhz buna görə də Ermənistan regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Eyni zamanda da rəsmi İrəvan sülh prosesinin sürətlənməsi üçün ciddi səylər göstərməlidir. Paşinyanın dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşə yalnız Fransa prezidenti Makronun iştirakı ilə razılıq verəcəyinə dair bəyanatı isə bir tərəfdən Ermənistanın həqiqətən asılı ölkə olduğunu bir daha təsdiqləyir, digər tərəfdən isə rəsmi İrəvanın sülh danışıqlarını qəsdən ləngitdiyini aşkar nümayiş etdirir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024