Mobil versiya
Peru prezidenti Kastilyo Betsi Çavesi ölkənin yeni baş naziri təyin edib
Tarix: 29-11-2022 | Saat: 10:12
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

Peru prezidenti Kastilyo Betsi Çavesi ölkənin yeni baş naziri təyin edib

Peru prezidenti Pedro Kastilyo noyabrın 25-də mədəniyyət naziri Betsi Çavesi ölkənin yeni baş naziri təyin edib. Bu barədə İA REGNUM “Reuters”-ə istinadən xəbər verir.

Çaves noyabrın 24-də istefa verən Anibal Torresin yerinə keçib.
Bundan əvvəl ölkənin müxtəlif bölgələrindən olan minlərlə perulu Limanın mərkəzinə yürüş edərək, ölkə konqresinin bağlanmasını tələb edib və müxalifətin prezident Kastilyoya qarşı olan hərəkətlərinə etirazlarını bildiriblər.
Üstəlik bəzi etirazçılar yeni konstitusiyanın qəbul edilməsini və ya prezident Kastilyoya qarşı irəli sürülmüş korrupsiya ittihamı ilə bağlı araşdırma aparan baş prokuror Patrisiya Benavidezin istefasını tələb ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024