Mobil versiya
Ərdoğan hərbi əməliyyatlar barədə: "Heç kimdən icazə almadığımız kimi, hesab da vermirik"
Tarix: 28-11-2022 | Saat: 22:37
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan hərbi əməliyyatlar barədə:

"Heç kimdən icazə almadığımız kimi, heç kim qarşısında da hesab vermərik".

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında söyləyib.

Türkiyə lideri deyib: “Nazirlər Kabinetinin bugünkü iclasında təhlükəsizlik təhdidləri ilə bağlı aparılan əməliyyatları ətraflı müzakirə etdik. Ölkəmizin sərhədlərini 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı ilə qorumaq qərarımız yaşadığımız hər hadisə ilə daha da güclənir”.

“Minlərlə kilometr uzaqdan gəlib terrorçu ilə məsumu ayırd etmədən hər yeri yandıranlar Türkiyənin bu həssaslığına hörmət etməlidir. Terrorçu olaraq tanınmış təşkilata ad dəyişmə oyunları ilə dəstək verənlərin ikiüzlülüyünə dözəcək vəziyyətdə deyilik”, - dövlət başçısı bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024