Mobil versiya
Çavuşoğlu: “Ərdoğan Putin və Zelenski ilə təmaslarını davam etdirəcək”
Tarix: 17-11-2022 | Saat: 22:47
Bölmə:Manşet / Dünya | çapa göndər

Çavuşoğlu: “Ərdoğan Putin və Zelenski ilə təmaslarını davam etdirəcək”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu taxıl sazişinin müddətinin uzadılmasını şərh edib.

O, hər kəsin bu razılaşmaya əməl etməli olduğunu bildirib.

“Taxıl sazişi daha 120 gün müddətinə uzadılıb. Bu, qarşılıqlı etimadın artırılması istiqamətində atılmış müsbət addımdır. Hər kəs bu sazişə əməl etməlidir. Ümidvaram ki, yaxın zamanlarda tərəflər arasında atəşkəs razılaşması da əldə olunar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə təmaslarını davam etdirəcək”, - deyə XİN rəhbəri vurğulayıb.

Mənbə: Haber Global



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024