Mobil versiya
Kuleba raket hücumları barədə: “Rusiyanın sülh danışıqlarına cavabı budur”
Tarix: 16-11-2022 | Saat: 00:00
Bölmə:Dünya | çapa göndər

Kuleba raket hücumları barədə:

Ukraynanın Rusiya raketləri ilə kütləvi şəkildə atəşə tutulmasının qarşısı ancaq Ukrayna silahlarının və prinsiplərinin gücü ilə alına bilər.

aia.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib.

“Hazırda Rusiya raketləri bütün Ukraynada insanları öldürür və infrastrukturu məhv edir. Budur Rusiyanın sülh danışıqlarına cavabı”, - deyə o bildirib.

Kuleba Ukraynaya Rusiyanın ultimatumlarını qəbullanmağı təklif etməməyə çağırıb.

“Bu terroru ancaq silahlarımızın və prinsiplərimizin gücü ilə dayandırmaq olar”, - nazir əlavə edib.

Xatırladaq ki, noyabrın 15-də irimiqyaslı raket hücumu zamanı Ukraynaya onlarla raket atılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə