Mobil versiya
ABŞ İRAN GƏMİSİNİ SAXLAYIB
Tarix: 15-11-2022 | Saat: 11:50
Bölmə:Dünya / Özəl | çapa göndər

ABŞ İRAN GƏMİSİNİ SAXLAYIB

ABŞ Oman boğazında, Yəmənə partlayıcı maddə aparan İran gəmisini saxlayıb. Bu barədə Mərkəzi komandanlığın Twitter səhifəsində məlumat verilib.

"8 noyabrda ABŞ -ın mərkəzi komandanlığı (SENTKOM), Oman boğazında İrandandan gələn gəmini saxlayıb. Yoxlama zamanı gəmidə külli miqdarda partlayıcı maddə aşkarlanıb. Məlum olub ki, yük Yəmənə aparılırmış"- deyə məmumatda bildirilir.

SENTKOM-un məlumatına görə, gəmidə 360 min fut (163 ton) raket yanacağında istifadə olunan, partlayıcı maddə sayılan ammoniya kübrəsi daşınırmış. Yoxlamalardan sonra, gəminin heyyəti həbs olunaraq Yəmən dövlətinə təhvil verilib, gəmi isə batırılıb.

Məlumatda bildirilir ki, saxlanılan gəmi, İranın Yəmənə, xusitlər üçün göndərdiyi partlayıcı maddə daşıyan ilk gəmisi deyil. Daha əvvəllər də ABŞ, Oman boğazında İranın bir neçə belə gəmisini saxlayıb.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024