Mobil versiya
Paşinyanla Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Tarix: 15-11-2022 | Saat: 10:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Paşinyanla Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

aia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşünü müzakirə ediblər.

ABŞ-ın dövlət katibi Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verməyə hazır olduğunu söyləyib.

Tərəflər humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024