Mobil versiya
İstanbuldakı terrordan əvvəl diqqət çəkən 40 dəqiqə - Qadının yeni etirafları
Tarix: 14-11-2022 | Saat: 18:59
Bölmə:Karusel / Dünya | çapa göndər

İstanbuldakı terrordan əvvəl diqqət çəkən 40 dəqiqə -

İstanbulun İstiqlal küçəsində baş verən terror hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

aia.az day.az-a istinadən xəbər verir ki, terrorçu qadın Ahlam Albashir sorğu zamanı Suriyanın Kobani bölgəsində fəaliyyət göstərən silahlılardan təlimat aldığını etiraf edib.

Məlum olub ki, o, İstiqlal küçəsinə gələrkən əlində bomba olmayıb. Partlayıcını ərazidə olan kişidən alıb. Qadın partlayıcını oturduğu yerə qoyduqdan sonra İstiqlal küçəsini sürətlə tərk edib.

Kamera görüntülərində terrorçu qadının partlayışdan 40 dəqiqə əvvəl tez-tez kiminləsə telefonla danışdığı öz əksini tapıb.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. Partlayışı törədən Ahlam Albashir gecə saatlarında həyata keçirilən əməliyyat zamanı saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024