Mobil versiya
İstanbul teraktını ASALA üzərinə götürdü, Bakını hədələdi
Tarix: 14-11-2022 | Saat: 18:52
Bölmə:Karusel / Dünya | çapa göndər

İstanbul teraktını ASALA üzərinə götürdü, Bakını hədələdi

İstanbulu İstiqlal prospektində baş verən teraktın məsuliyyətini erməni ASALA terror təşkilatı öz üzərinə götürüb.

aia.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Qeyd edək ki, bəzən terror təşkilatları mövcudluqlarını göstərmək üçün aidiyyəti olmadığı halda teraktların məsuliyyətini üzərlərinə götürürlər. Buna görə də ASALA-nın İstanbul teraktının məsuliyyətini üzərinə götürməkdə nə dərəcədə həqiqəti dediyi şübhəlidir.

Sözügedən kanalda Azərbaycan da təhdid edilib və bildirilib ki, Bakı da “sürprizlərə” hazır olmalıdır.

Türkiyə mediası isə partlayıcı yerləşdirən qadının Ciyan Tosun adlı, 1985-ci il təvəllüdlü, kürd əsilli, diyarbəkirli qadının ola biləcəyi haqda məlumat yayıb. Bu isə terrorun arxasında PKK-nın durduğunu ehtimalını gücləndirir.

Xatırladaq ki, İstanbuldakı bugünkü terakt nəticəsində son məlumata görə 6 nəfər ölüb, 81 nəfər yaralanıb

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024