Mobil versiya
Qarabağ münaqişəsi tarixdə qaldı.
Tarix: 13-11-2022 | Saat: 12:45
Bölmə:Ölkə | çapa göndər

Qarabağ münaqişəsi tarixdə qaldı.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair Soçidə keçirilən üçtərəfli görüşün nəticələri sülh prosesinin ruhunu və istiqamətini bir daha sərgilədi. Soçi görüşünün nəticələri Azərbaycan diplomatiyasının növbəti uğurudur və danışıqlar prosesinin məhz Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi üzrə getdiyini göstərir. Soçi görüşündə bir daha kimin qalib, kimin isə məğlub olduğu həqiqəti açıq-aşkar hiss olundu. Regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması vahid yanaşma kimi qəbul edildi. Münaqişənin bitməsi Prezident İlham Əliyevin ortaya qoymuş olduğu qəti mövqedir. Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən üçtərəfli görüşün ab-havasını Azərbaycan müəyyənləşdirdi, şərtlərini də dövlətimizin başçısı Rusiya Prezidenti ilə keçirilən ikitərəfli görüşlə formalaşdırdı: münaqişə iki il əvvəl bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır.
Yekun sənədin ən vacib məqamlarından biri isə dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsidir ki, buna da tərəflər öz razılıqlarını bildirib. Əslində, sənədin bu bəndi Praqada qəbul olunan sənədin müvafiq bəndi ilə eynidir.


Beləliklə, üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir müddəa əksini tapmadı. Odur ki, Soçi görüşünü və görüşün yekununa dair qəbul olunmuş bəyanatı Paşinyan hökumətinin növbəti diplomatik məğlubiyyəti adlandırmaq olar.
Azərbaycan Prezidenti İlham Əliyev isə Soçi görüşündə də növbəti dəfə qətiyyət nümayiş etdirərək, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı, ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi.

Bu gün biz qürurla söyləyirik ki, Ali Baş komandanın rəhbərliyi ilə şanlı ordumuz ermənilər üzərinə qələbəyə nail olub. Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Prezidentin də dediyi kimi bu, müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Biz öz torpaqlarımıza qayıdırıq.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Nəsimi rayon sakini Hüseynli Billurə




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024