Mobil versiya
YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mingəçevir şəhər təşkilatı ağacəkmə aksiyası keçirib. -Fotolar
Tarix: 11-11-2022 | Saat: 19:16
Bölmə:Ölkə | çapa göndər

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mingəçevir şəhər  təşkilatı ağacəkmə aksiyası keçirib.

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mingəçevir şəhər təşkilatı ağacəkmə aksiyası keçirib.

aia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir.
YAP Mingəçevir şəhər təşkilatı da bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq şəhər təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirildi.

Mingəçevir şəhər Samux küçəsində keçirilən aksiyada Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev , ərazi partiya təşkilat sədrləri, YAP Mingəçevir şəhər təşkilatının əməkdaşları, könüllüləri, yaşıllaşdırma idarəsinin işçiləri, partiya fəalları və ümumilikdə 150 nəfər iştirak etmişdir.

Aksiyada Samux küçəsi ərazisində 150 ədəd akasiya və çinar ağacları əkilmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024