Mobil versiya
Üçrəngli bayrağımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanır.
Tarix: 11-11-2022 | Saat: 15:12
Bölmə:Ölkə | çapa göndər

Üçrəngli bayrağımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanır.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Artıq, iki ildir ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir.
Xüsusilə qeyd edilməlidir ki, istiqlal ideologiyamızın üç təməl prinsipi dövlət bayrağımızda öz əksini tapir. Bildiyiniz kimi dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günün kimi qeyd edildiyini deyən millət vəkili bildirib ki, Azərbaycan xalqı bu əlamətdar günü iki ildir ki, tam fərqli miqyasda, Zəfər Bayramı ilə bərabər qeyd edir.
Prezident İlham Əliyevin 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində dediyi sözlər həqiqət oldu: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarımızda qaldırılacaqdır. O anı biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”. Cənab Prezident həmişə olduğu kimi, verdiyi vədi yerinə yetirdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində işğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Artıq iki ildir ki, bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır.
"Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir" - Ulu Öndər Heydər Əliyev.
Əminliklə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. Azərbaycan xalqının milli qürur, mənlik və özünütəsdiq simvolu olan üçrəngli bayrağımız bütöv və müstəqil Azərbaycanın hər bir güşəsində fəxrlə dalğalanır.

Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

Nizami Çıraqov,
YAP Göygöl rayon təşkilatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2№-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024