Mobil versiya
Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Qazaxda ağacəkmə aksiyası keçirildi -Fotolar
Tarix: 11-11-2022 | Saat: 12:55
Bölmə:Ölkə / Özəl | çapa göndər

Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Qazaxda ağacəkmə aksiyası keçirildi

“Yaşıllıq olmayan yerdə həyat yoxdur. Hər kəs iki ağac əkib böyütməlidir.” Bəli, bu müdrik kəlamlar Ulu Öndər, Dahi Rəhbər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı, qurucusu və memarı Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmişdir. Bu gün bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin siyasəti Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Qazax rayonunda da silsilə tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri noyabr ayının 11-də Qazax rayonunun səfalı güşəsində ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış “Təyyarə Abidə Kompleksi”nin ətrafında keçirildi. Belə ki, YAP Qazax rayon təşkilatının Aparat işçiləri, partiya fəalları və könüllülərin iştirakı ilə abidənin ətrafına müxtəlif növ ağaclar əkildi və suvarıldı. Bununla da Yeni Azərbaycan Partiyası fəalları ölkəmizdə həyata keçirilən yaşıllaşdırma, ağacəkmə aksiyasına bir daha öz töhfəsini verdilər.

Foto şəkilləri təqdim edirik
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024