Mobil versiya
YAP-ın təsis edilməsinin 30 illik yubileyi ilə bağlı Samuxda ağacəkmə aksiyası keçirilib -Fotolar
Tarix: 11-11-2022 | Saat: 12:00
Bölmə:Ölkə / Özəl | çapa göndər

YAP-ın təsis edilməsinin 30 illik yubileyi ilə bağlı  Samuxda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illki yubileyi ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. YAP Samux rayon təşkilatı da bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq ardıcıl tədbirlər reallaşdırır. 11 noyabr 2022-ci il tarixində YAP Samux rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası olub.

aia.az xəbər verir ki, aksiyada YAP Samux rayon təşkilatının müxtəlif ərazi partiya təşkilatlarından partiya üzvləri iştirak edib. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən Samux-Kür magistiral avtomobil yolunun kənarına və sosial-ictimai obyektlərin həyətlərinə 300 ədəddən artıq həmişəyaşıl və dekorativ ağac, çinar, Eldar şamı, gül kolu əkilmiş, quruyan ağaclar yeniləri ilə əvəz edilmişdir. Aksiyaya rayon gəncləri böyük həvəslə dəstək verirdilər. Bir qədər yağışlı hava şəraitinə baxmayaraq Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayevin və YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun aksiyada böyük həvəslə ağac əkmələri gənc YAP üzvlərinə xüsusi stimul verirdi. YAP fəallarının xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidildi və suvarıldı. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alındı.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun sözlərinə görə, təşkilat partiyanın təsis edilməsinin 30 illik yubileyi ilə bağlı digər tədbirlər də keçirəcək.

Foto şəkilləri təqdim edirik

Tahir Həsənov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024