Çində koronavirusa yoluxma halları kəskin artıb
Tarix: 11-11-2022 | Saat: 09:43
Bölmə:Özəl / Dünya | çapa göndər
Çində aprel ayından bəri ilk dəfə bir gündə 10 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb.
aia.az xəbər verir ki, bu ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin noyabrın 11-də dərc etdiyi statistik göstəricilərində öz əksini tapıb.
Məlumata görə, son sutka ərzində rəsmi orqanlar yüksək hərarət, öskürək və COVID-19-un digər simptomlarına 1 209, o cümlədən 9 520 asimptomatik yoluxma faktını qeydə alıb.
Ümumilikdə, 70,1 minə yaxın koronavirusa yoluxmuş insan hazırda Çindəki xəstəxanalardadır ki, onların 85 %-i asimptomatik daşıyıcıdır.
Son bir həftə ərzində ölkənin əyalət, mərkəzi şəhər və muxtar rayon səviyyəsində bütün bölgələrində yeni yoluxma halları aşkarlanıb.
İxtisaslaşdırılmış tibb müəssisələrinə yerləşdirilən bütün yoluxmuş insanların təxminən dörddəbiri Çinin cənubundakı Quandun əyalətinin payına düşür. Antireytinqdə ikinci və üçüncü yerləri iki muxtar region - Daxili Monqolustan (şimal) və Sincan-Uyğur Muxtar Rayonu (şimal-qərb) tutur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024