Mobil versiya
Göygöldə 8 noyabr-Zəfər Gününün 2 ci ildönümünə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 06-11-2022 | Saat: 15:05
Bölmə:Ölkə | çapa göndər

Göygöldə 8 noyabr-Zəfər Gününün 2 ci ildönümünə həsr olunmuş tədbir keçirilib

6 noyabr 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki, öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, Azərbaycan xalqının birliyi nəticəsində 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarının azad olunaraq ərazi bütövlüyümüzün bərpa olunduğu 8 Noyabr gününü xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldığını vurğulayıb. Vüqar İsayev qeyd edib ki, Ermənistan 30 ilə yaxın bir müddət ərzində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər aparıcı beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq ərazilərimizin 20 faizini işğal altında saxlayıb, şəhər və kəndlərimizi viran qoyub, bir milyondan artıq soydaşımızı evlərindən didərgin salıb, bu azmış kimi “Yeni müharibə - yeni ərazilər” strategiyasını elan edərək cəbhə xəttində vaxtaşırı təxribatlar törədib. Münaqişənin pik həddi isə, 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi, yaşayış məntəqələrimizi və mülki əhalini qəsdən və məqsədyönlü şəkildə atəşə tutaraq təmas xətti boyunca Azərbaycana qarşı geniş miqyaslı hərbi kampaniyaya başlaması olub. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını hərbi-siyasi yolla Azərbaycana qaytarmağa məcbur edilib. Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən ideyaları, müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyevin strateji düşüncəsi və sərkərdə qətiyyəti, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu dünya hərb tarixində şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğunu sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Tədbirdə YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatın sədri İsmayıl Əvəzov, YAP üzvü Məhəbbət Məmmədov çıxış edərək qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və Vətən Müharibəsində hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı. Noyabr ayının xalqımızın tarixində mühüm əhəmiyyətli hadisələrlə zəngin olması vurguladı: “Möhtəşəm Zəfər Bayramını qeyd etdiyimiz bu ay həmçinin Yeni Azərbaycan Partiyasının təsis olmasının 30 illik yubiley tarixini özündə ehtiva edir.”

Sonda partiya dəyərlərini daim üstün tutduqlarına və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024