Mobil versiya
Deputatı Aqiyə Naxçıvanlı Oğuzda vətəndaşları qəbul etdi -Fotolar
Tarix: 05-11-2022 | Saat: 20:40
Bölmə:Manşet / Ölkə | çapa göndər

Deputatı Aqiyə Naxçıvanlı Oğuzda vətəndaşları qəbul etdi

aia.az xəbər verir ki, noyabrın ayının ilk həftəsi 117 saylı Oğuz-Qəbələ dairəsidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı seçiciləri ilə görüşdü. Deputat qəbul zamanı vətəndaşlara ölkənin inkişaf istiqamətləri, işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işləri, insanların daha yaxşı yaşaması üçün həyata keçirilən möhtəşəm layihələr barədə məlumat verdi. O, görüşdə ilk olaraq Oğuzlu şəhid ailələrinin üzvlərini qəbul etdi və Vətənimizin azadlığı uğrunda canlarını fəda edərək, qəhrəmanlıq səlnaməsi yazan bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbr arzuladı. Şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev son zamanlar səhhətində yaranan problemlərdən danışmış, bir neçə dəfə müxtəlif yerlərdə müalicə almağına baxmayaraq nəticə olmadığını qeyd etmişdir. O, deputatdan təyinatı üzrə müalicə alması məqsədi ilə ixtisaslaşmış müəssisəyə göndərilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Digər seçici Elxan Məmmədov oğlunun hərbçi olduğunu, 18 il fasiləsiz döyüş bölgəsində gizir kimi xidmət etdiyini, hal-hazırda isə ehtiyata buraxıldığını bildirmişdir. Onların qayğıları ilə yaxından maraqlanan deputat qaldırılan məsələləri nəzarətə götürərək, həlli istiqamətində tədbirlər görəcəyini bildirdi. Deputat həmçinin bildirdi ki, bu günlər ərzində Oğuzda şəhid ailələri ilə görüşləri davam edəcək.
Qəbula gələn digər vətəndaşların müraciətləri sosial-məişət problemləri, sahibkarlıq, işlə təmin olunma və sair məsələlərlə bağlı idi. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapmiş, digərləri isə aidiyyəti üzrə müvafiq orqanlara yönəldilərək icrası üçün işlərə başlanılmışdır.

Görüşün sounda seçicilər müraciətlərini daima diqqətdə saxlayan deputata minnətdarlıqlarını bildirmişlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024