Mobil versiya
Bacısını qətlə yetirən 15 yaşlı şəxs ələ keçdi
Tarix: 05-11-2022 | Saat: 09:49
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bacısını qətlə yetirən 15 yaşlı şəxs ələ keçdi

Noyabrın 04-ü saat gecə saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan aia.az-a verilən xəbərə görə, peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024