Mobil versiya
ABŞ Ukraynaya qoşun göndərə bilər
Tarix: 05-11-2022 | Saat: 09:26
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

ABŞ Ukraynaya qoşun göndərə bilər

ABŞ Prezidenti Co Bayden ABŞ qoşunlarını Ukraynaya göndərə bilər.

aia.az xəbər verir ki, bu barədə “Judging Freedom” “YouTube” kanalına müsahibəsində Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

“Təəssüf ki, hesab edirəm hazırda ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi üçün aktiv hazırlıq gedir”, - deyə o qeyd edib .

Polkovnikin sözlərinə görə, bu, düşünülməmiş və təhlükəli qərardır. “Lakin hər şey buna doğru gedir”, - deyə o vurğulayıb.

Duqlas Makqreqor həmçinin hesab edir ki, Amerika lideri Konqresin razılığı olmadan ABŞ qoşunlarını Ukraynaya göndərmək barədə qərar verə bilər, çünki qanunvericilik sistemində bunun üçün hüquqi əsaslar var.

“Etiraf etmək lazımdır ki, Franklin Ruzveltin dövründən biz prezident idarəetmə forması olan ölkədə yaşayırıq”, - deyə o qeyd edib.

Polkovnik əlavə edib ki, bu, ABŞ-ın faciələrindən biridir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə