Mobil versiya
Aqiyə Naxçıvanlı: Çiçəklənən, məğrur Azərbaycan Yeni Azərbaycan Partiyasının möhtəşəm əsəridir! -Fotolar
Tarix: 03-11-2022 | Saat: 17:14
Bölmə:Manşet / Ölkə | çapa göndər

Aqiyə Naxçıvanlı: Çiçəklənən, məğrur Azərbaycan Yeni Azərbaycan Partiyasının möhtəşəm əsəridir!

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı millət vəkili seçildiyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsində olaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi və vətən uğrunda şəhid olmuş oğullarımızın xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətlə başladı. Sonra Oğuz Rayon Mədəniyyət Mərkəzinə gələn YAP fəalları Dövlət Himnini qürurla oxuyaraq, Partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqiyə Naxçıvanı partiyanın 30 illik zəngin tarixindən, şərəfli inkişaf yolundan, əldə etdiyi uğurlardan geniş söhbət açdı. O, öz çıxışında Partiyanın iqtidarda olduğu dövrdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinın daha da möhkəmlənməsi, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin güclənməsini qeyd etdi: - “Bütün bunların nəticəsidir ki, Azərbaycan dövləti və onun vətəndaşı sosial və iqtisadi cəhətdən daha güclü, daha özgüvənlidir. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğrultmuşdur. Buğun Ulu öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq paytaxt və bölgələrdə abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Mənfur düşmənin viran qoyduğu, işğaldan azad edilmiş ərazilərimiz tam müasir şəkildə yenidən qurulur. Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan dünyada ən nüfuzlu və lider dövlətlərdən birinə çevrilmişdir. Bunun səbəbi Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi, xalq iqtidar birliyinin bariz təzahürü, partiyanın milli maraqlarımızın ifadəçisi olmasıdır. Cənab İlham Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması, Azərbaycanla bağlı həqiqətlərin ən mötəbər səviyyədə qəbul etdirilməsi cənab Prezidentin və rəhbəri olduğu partiyanın uğurlu diplomatiyasının məntiqi nəticəsidir. 
Ötən dövrdə biz Müzəffər Azərbaycan Ordusunun gücünü Vətən Müharibəsi döyüşlərində gördük. Ölkəmizin illərdir sürən diplomatik səylərinə baxmayaraq 30 ildir işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün müddətində mənfur düşməndən azad edildi. Artıq xalqımız böyük Zəfərin sevincini yaşayır. 30 il ayaq basa bilmədiyimiz, üzünə həsrət qaldığımız torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevlə qazanılan hər bir uğur bizi hədsiz sevindirir, gələcəyə ruhlandırır. Biz inanırıq ki, Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqı bundan sonra da tarixinin ən şanlı səhifələrini yazacaqdır. Yeni Azərbaycan Partiyası isə dövlətimizin tarixində əbədi mayak olaraq qalacaqdır! “ – deyə çıxışını tamamladı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024