Mobil versiya
“Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi baş tutdu
Tarix: 03-11-2022 | Saat: 14:11
Bölmə:Ölkə | çapa göndər

“Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi baş tutdu

Noyabrın 3-də Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub.

"Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə - Rostselmaş, Klever, Volqa Kombinat
Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları təmsil edib.

aia.az xəbər verir ki, sərgidə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın Sənaye Nazirliyinin Kənd Təsərrüfatı və Maşınqayırma üzrə Yol-tikinti Departementinin direktoru Mariya Yelkina, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin açılış mərasimi Azərbaycan və Rusiyanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Çıxış edənlər sərginin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə, dövlət qurumlarına, eyni zamanda, öz meydançasını sərgi üçün verdiyinə və özəl təşkilatçılığa görə "Həştərxan İş Mərkəzi"nə minnətdarlıqlarını bildiriblər, sərginin işinə uğurlar arzu ediblər. Tədbir "Həştərxan İş Mərkəzi"nin könfrans zalında dəyirmi masa ilə davam edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024