Mobil versiya
Astarada akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib
Tarix: 20-06-2015 | Saat: 17:40
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər



Şirift ölçüsü:

Aprelin 24-də Astara Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barədə məlumat verib.

Qeyd olunub ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu gün qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanınır.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxışında akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən, böyük alimin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söhbət açıb.

Tədbirdə çıxış edən tibb işçiləri tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.

Çıxışlarda, həmçinin Azərbaycanda traxoma xəstəliyinin yayıldığı bir dövrdə akademik Zərifə Əliyevanın cənub bölgəsinə dəfələrlə səfər edərək humanitar aksiyalar keçirməsi də minnətdarlıqla xatırlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-12-2024