Mobil versiya
Danimarkanın baş naziri istefa verib
Tarix: 02-11-2022 | Saat: 17:04
Bölmə:Dünya | çapa göndər

Danimarkanın baş naziri istefa verib

Danimarkanın Baş naziri və Sosial Demokrat Partiyasının lideri Mette Frederiksen istefa verib.

Siyasətçi bu barədə partiya sədrlərinin debatında bildirib.

Onun sözlərinə görə, artıq kraliça II Marqreteyə noyabrın 1-də keçirilən Folketinq (parlament) seçkisinin nəticələri, həmçinin istefası barədə məlumat verib.

Qeyd edək ki, seçkidən sonra parlamentdə ən çox səsi sosial demokratlar toplayıblar. Xanım Frederiksen eyni zamanda ən çox mandatı alan sol mərkəzçi (qırmızı) bloka da rəhbərlik edir. Bu səbəbdən, çox güman ki, kabinetin yaradılması ona həvalə olunacaq.

Həm seçkilərdən əvvəl, həm də sonra baş nazir geniş koalisiya hökuməti qurmağa çalışacağını bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024