Mobil versiya
Ukrayna və Çexiya arasında razılaşma: Ordunun gücləndirilməsi üçün 50+ layihə
Tarix: 01-11-2022 | Saat: 15:05
Bölmə:Dünya | çapa göndər

Ukrayna və Çexiya arasında razılaşma:

Ukrayna ordusunun gücləndirilməsi üçün Çexiyanın iştirakı ilə 50-dən çox layihə həyata keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov iki ölkə arasında hökumətlərarası məsləhətləşmələrdən sonra “Twitter” hesabında açıqlama verib.

“Çexiyalı həmkarım Yana Çernoxova ilə möhtəşəm görüş oldu. Gündəmdə isə Ukrayna ordusunun gücləndirilməsi üçün Çexiyanın iştirakı ilə 50-dən çox layihənin reallaşdırılması məsələləridir. Biz cəbhədəki vəziyyət, silah və texniki təchizat, hava hücumundan müdafiə sahəsində layihələrin genişləndirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr apardıq”, - deyə Reznikov qeyd edib.

Öz növbəsində Çernoxova vurğulayıb ki, görüşdə Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək humanitar və hərbi yardım, eləcə də Çexiyanın Ukraynanın müharibədən sonrakı bərpasında iştirakı məsələləri müzakirə olunub.(oxu.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024