Mobil versiya
DİN-dən 17 yaşlı qızın ərə verilməsinə MÜNASİBƏT
Tarix: 31-10-2022 | Saat: 16:39
Bölmə:Karusel / Ölkə | çapa göndər

DİN-dən 17 yaşlı qızın ərə verilməsinə

"Sabirabad rayonunda 17 yaşlı qızın ərə verilməsi faktı ilə bağlı Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub".

Bu barədə aia.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

O bildirib ki, polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıb və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb:

"Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə yalnız nişan mərasiminin keçirildiyini, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024