Mobil versiya
Dövlətimiz hər zaman sülh çağırışcısı və carçısı olmuşdur
Tarix: 30-10-2022 | Saat: 09:58
Bölmə:Ölkə | çapa göndər

Dövlətimiz hər zaman sülh çağırışcısı və carçısı olmuşdur

Bu gün Azərbaycan özünün yürütdüyü balanslaşdırılmış xarici siyasəti ilə dünya dövlətləri içərisində diqqət çəkə bilir. Yeridilən hər tərəfli xarici siyasət ideal qonşuluq münasibətlərinin qurulmasında, təhlükəsiz mühitin formalaşdırılmasında əhəmiyyətli faktordur.
Dövlətimiz hər zaman sülh çağırışcısı və carçısı olmuşdur. Ötən günlərdə ölkə prezidentinin Gürcüstana səfəri zamanı verdiyi bəyənatlar bunu bir daha sübut edir. Cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlər nəinki normal müttəfiq münasibətdə olduğumuz dövlətlər, hətta sülh danışıqları zamanı dayanmadan təxribatlatlara əl atan Ermənistan üçün də sülhə səsləyiş idi.
Atılan addımlardan aydın olur ki, rəsmi Bakı regionda sülhü özü yaratmaq qərarına gəlib. Əks halda, sülhə təşəbbüs başlığı altında müxtəlif paytaxtlarda görüşlərin keçirilməsi göründüyü kimi nəticəsiz qalmaqla yanaşı, zaman itkisinə və əsəb gərginliyinə səbəb olmaqdadır.
Cənab prezident tərəfindən səsləndirilən “Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaqdır.” bəyanatı təhlükəsizliyin təmin olunmsından sonra gələcəkdə bölgədəki inkişafı və qurulacaq münasibətləri özündə əks etdirir. Eyni zamanda “Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq” fikri hər dəfə Azərbaycanın sülhə yönəlik atdığı tək tərəfli addımlarına sübutdur.
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə olan mətbuat konfransı zamanı “Gürcüstanın vasitəçi roluna gəlincə, biz bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımların atıldığını və məhbusların azad edilməsində Gürcüstanın oynadığı rolu çox yaxşı xatırlayırıq” deməsi barışığa, dostluğa doğru atılan hər addımın dövlətimiz tərəfindən qiymətləndirildiyinə dair mesaj idi.
Bu bəyanatların məhz Gürcüstanda - Qarabağ müharibəsi zamanı sülhü dəstəkləyən, tərəfli barışığa gətirməkdə həqiqətən maraqlı dövlətdə verilməsi bir növ edilən cəhdlərin dəyərləndirilməsi, dostluğu dəstəkləyənlərə təşəkkür idi. Bundan sonra da dövlətimiz tərəfindən yürüdülən xarici siyasi xətt üzrə müttəfiqimiz olan qonşu döbvlətlərlə münasibətlərimizin hər sahədə daha da inikşaf edəcəyinə, xalqlarımız arasında mövcud olan dostluq, yoldaşlıq münasibətlərinin daha da güclənərək heç zaman sarsılmaz hala gələciyinə xalq olaraq inanmımız tamdır.

Leyla Məmmədova,
YAP Zaqatala rayon təşkilatının fəalı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024