Mobil versiya
Gürcüstan ölkəmizin ərazi bütövlüyü məsələsinə münasibətdə hər zaman birmənalı mövqey nümayiş etdirib
Tarix: 29-10-2022 | Saat: 09:24
Bölmə:Ölkə | çapa göndər

Gürcüstan ölkəmizin ərazi bütövlüyü məsələsinə münasibətdə hər zaman birmənalı mövqey nümayiş etdirib

Əsrlər boyu mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşamış Azərbaycan və Gürcüstan bu gün öz əlaqələrini artıq müasir dövrün tələblərinə uyğun quraraq strateji tərəfdaş ölkələrə çevrilmişlər. Hazırda bu iki ölkənin dostluq münasibətləri nəinki regional əhəmiyyət kəsb edir, həmçinin bu münsibətlər artıq birbaşa Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımından da vacib amillərdən biri kimi çıxış edir. Diqqətəlayiq haldır ki, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin səylərinin və töhfələrinin xüsusilə böyük olması Gürcüstan hökuməti tərəfindən də qeyd olunur. Ayrıca olaraq qeyd olunmalıdır ki, ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. Gürcüstanın Mçxeta rayonunda yerləşən Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisinin təşkil olunması da bu ölkənin Azərbaycan qarşı səmimi qonşuluq münasibətlərinin və ölkəmizin ərazi bütövlüyü məsələsinə münasibətdə birmənalı mövqeyinin nümayişi kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində iki ölkənin dövlət və hökumət başçılarının “Qarabağ xanlığının irsi” sərgisini ziyarət etmələri də sadəcə tarixi-mədəni deyil, eyni zamanda da mühüm siyasi önəm kəsb edən bir hadisədir. Sərgidə nümayiş etdirilən çoxsaylı sənəd və artefaktların dünyaya Cənubi Qafqazda tarixən mövcud olmuş qədim bir xalqın və dövlətin təşəbbüsü ilə təqdim olunması da Azərbaycan həqiqətlərinin daha bir əsaslı təsdiqidir. Həmçinin bu sərginin yaradılması qonşu Gürcüstanın Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın mövqelərini dəstəklədiyini göstərir.
Heç şübhəsiz cənab Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək. Öz çıxışında dövlət başçımızın qeyd etdiyi kimi, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub və dövlətlərimiz arasında əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Artıq uzun müddətdir ki, bu strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qalxıb. Ölkələrimiz arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir birini dəstəkləyirlər. Xüsusilə vurğulamaq lazımdır ki, icra olunan bir çox birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Əlbəttə ki, ilk növbədə bu, enerji təchizatı ilə bağlı layihələrə aiddir. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, növbəti ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Bundan başqa, Azərbaycan bu gün özünü elektrik enerjisini dünya bazarlarına ixrac etmək məqsədilə əhəmiyyətli layihələrin reallaşdırılması istiqamətində çalışmalar aparır və bu ixracın əsas istiqaməti də məhz Gürcüstandan keçir.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024