Mobil versiya
Polisin qanuni tələbinə əməl etməyən ata və sağlamlıq imkanı məhdud olan oğlu saxlanılıblar
Tarix: 27-10-2022 | Saat: 11:59
Bölmə:Ölkə | çapa göndər

Polisin qanuni tələbinə əməl etməyən ata və sağlamlıq imkanı məhdud olan oğlu saxlanılıblar

Yol polisinin qanuni tələbinə əməl etməyən ata və sağlamlıq imkanı məhdud olan, sürücülük hüququ olmayan oğlu saxlanılıblar.

Bu barədə aia.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, oktyabrın 24-də “KamAZ” markalı, 50-BN-503 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Kamandar Alı oğluna və onun sağlamlıq imkanları məhdud olan, sürücülük hüququ olmayan oğlu “KamAZ” markalı, 44-CD-413 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Taleh Kamandar oğluna Baş BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 7-ci taqımının Kürdəmir və Hacıqabul rayonları ərazisində yerləşən stasionar postlarında “Saxla” işarəsi verilsə də, onlar buna məhəl qoymayaraq nəqliyyat vasitələrini polis əməkdaşlarının üzərinə sürərək hərəkətlərini davam etdiriblər.

Daha sonra görülən tədbirlər nəticəsində ata və oğlu saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Məmmədov barəsində inzibati həbs tətbiq edilib, oğlu T.Məmmədovun isə sağlamlıq imkanının məhdud olması nəzərə alınaraq o, iki yüz manat məbləğində cərimə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024