Mobil versiya
DİN: "Ucar sakinlərinə qarşı qeyri-insani rəftarla bağlı iddialar həqiqəti əks etdirmir"
Tarix: 26-10-2022 | Saat: 17:48
Bölmə:Ölkə | çapa göndər

DİN:

Daxili İşlər Nazirliyi (DİN) Ucar rayon sakini Elvin Abdullayevin polis şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidovun aia.az-a verdiyi məlumata görə, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Elvin Abdullayevə və Rauf Mirzəliyevə qarşı qeyri-insani rəftarla bağlı iddialar həqiqəti əks etdirmir.

O deyib ki, hər iki şəxs sentyabrın 17-də rayon ərazisində ictimai qaydanı pozduqları üçün polis əməkdaşları onları nizam-intizama dəvət ediblər:

“Lakin həmin şəxslər polislərin qanuni tələblərinə tabe olmadıqları üçün şöbəyə gətiriliblər. Polis şöbəsində aparılan araşdırmalar zamanı Elvin Abdullayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub və o, 50 manat məbləğində cərimə edilməklə polis şöbəsindən sərbəst buraxılıb.

Onunla eyni qayda pozuntusu törədən Rauf Mirzəliyevin isə narkotik maddənin təsiri altında olması müəyyən edilib, barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 gün inzibati qaydada həbs edilib”.

Qeyd edək ki, sosial şəbəkədə Ucar rayon sakini E.Abdullayev RPŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialar səsləndirmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024