Mobil versiya
Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir.
Tarix: 26-10-2022 | Saat: 15:17
Bölmə:Ölkə | çapa göndər

Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir.

Məlum olduğu kimi, bu günlər Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasından iki il keçir. Bu ərəfədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri həmin tarixi günləri xüsusilə əlamətdar etdi. Səfər çərçivəsində bir çox mühüm obyektlərin təməllərinin qoyulması, yeni tikintilərin, o cümlədən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14.2 kilometrlik Şükürbəyli-Cəbrayıl yolunun açılışı olduqca mühüm önəm kəsb edirdi. Şübhəsiz ki, bu bölgədə abadlıq quruculuq işlərinin aparılması üçün bu yolun strateji əhəmiyyəti çox böyükdür.  Bundan başqa Cəbrayıl rayonu ərazisində “Azərbaycan -Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq meşəsi” Kompleksinin layihəsi ilə yerindəcə tanışlıq və digər layihələrin reallaşdırılması Azərbaycan hökumətinin işğaldan azad olunmuş bölgələrdə planlarının geniş və yüksək miqyası əhatə etdiyinin sübutudur. 30 illik işğal dönəmində düşmənin xaraba qoyduğu ərazilərdə prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər xalqın və dövlətin bu bölgənin inkişafını əsas hədəf kimi qarşıya məqsəd qoyduğunu göstərir.
  Qeyd edək ki, Prezidentin məlum səfəri zamanı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cəbrayıl” Qovşaq Yarımstansiyasının, həmçinin Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının tikinti işləri ilə tanışlığı, Qubadlı Elektrik Rəqəmsal İdarəetmə Mərkəzinin təməlinin qoyulması Azərbaycanın bölgədə həyatın tam bərpa olunmasına çalışdığını göstərir. Ölkə başçısına təqdim olunan Qubadlı şəhərinin baş planı da onu göstərir ki, aparılan işlər yalnız formal quruculuq xarakteri daşımır. Birbaşa prezidentin diqqətində olan Böyük Qayıdış planında mühüm məsələ olan tikinti-quruculuq işləri ən yüksək səviyyədə və müasir tələblərə uyğun aparılır. Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşü, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salması, Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq, ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirakları azadlıq həyatı yaşayan Zəngilanda  bayram əhval-rühiyyəsi yaratdı.
Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılışı həm geostrateji baxımdan, həm də Türkiyə-Azərbaycan qardaşlığının növbəti təntənəsi kimi çox mühüm hadisə oldu.
Füzuli Beynəlxalq Hava Limanında olduğu kimi, Zəngilanda da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi birbaşa  açılışı gözlənilən hava limanına endi. İşğaldan azad olunan bölgədə ilk eniş edən təyyarənin Türkiyə prezidentinə aid olması həm də rəmzi xarakter daşıyırdı.  İki ölkə arasındakı qardaşlıq münasibətlərin bütün sahələr üzrə müttəfiqlik səviyyəsində möhkəmlənməsi həm də bölgənin sülh içində inkişafının təməl şərtidir. Ötən il imzalanan Şuşa Bəyannaməsi iləTürkiyə və Azərbaycanın bütün sahələrdə müttəfiq olmasının bölgəyə və dünyaya ciddi mesaj olduğunu bildirən prezident İlham Əliyev Cəbrayılda mətbuat üçün bəyanatında mövcud situasiyanı ideal şəkildə ifadə etdi: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”. Bu gün loqistik layihələr enerji resursları qədər siyasi və iqtisadi əhəmiyyətə malikdir. Ərazi bütövlüyünü təmin edən Azərbaycan ən yaxında Zəngəzur dəhlizini də açaraq Avrasiyanın bu ucundan o başına, Çindən Avropaya uzanan tranzit yolunu rentabellik baxımdan dəfələrlə yüngülləşdirmiş olacaq. Tarixi Böyük İpək Yolunda bu gün Azərbaycan və Türkiyə əvəzolunmaz geostrateji mövqedədir. Bu faktor bölgənin sülh və inkişafı üçün mühüm amildir. Amma prezidentin çıxışından sitat gətirdiyimiz son cümlədə ifadə olunan fikir də xüsusi mesajdır. Bölgədə hər hansı ədalətsizliyə cəhd etmək istəyənlər qarşılarında Azərbaycan-Türkiyə ittifaqının gücünü görəcəklər”. 
Onuda qeyd edik ki, açılış mərasimində Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətləri və verdiyi mesajlar bir daha onu göstərdi ki, işğaldan azad olunan ərazilərin qısa müddətdə bütövlükdə bölgənin ən inkişaf etmiş yaşayış məskəninə çevrilməsi Azərbaycanın qəti iradəsidir. Bu isə heç şübhəsiz dövlət başçısının yürütdüyü uğurlu siyasətin məntiqi nəticəsidir.
Xüsusilə vurğulamaq yerinə düşər ki, iki il öncə Vətənin azadlığı uğrunda savaşda qalib Komandan kimi öz sözünü deyən İlham Əliyev bu gün də qurucu lider kimi Azərbaycanı layiq olduğu zirvəyə yüksəldib. 

Mahir Hacıyev,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024