Mobil versiya
Xosrovzadə İlkin Azay oglunun anım gününündə şəhidin məzarı ziyarət olunub -Fotolar
Tarix: 25-10-2022 | Saat: 20:06
Bölmə:Ölkə | çapa göndər

Xosrovzadə İlkin Azay oglunun anım gününündə şəhidin məzarı ziyarət olunub

AİA.Az xəbər verir ki, 44 Günlük Vətən müharibəsi zamanı şəhid olmuş Xosrovzadə İlkin Azay oğlunun anım günü ilə əlaqədar Laçın və Abşeron rayon rəhbərliyi, millət vəkili, YAP laçın rayon təşkilatının fəalları,rayon ictimaiyyəti nümayəndələri şəhidin ailə üzvüləri ilə birlikdə şəhidin məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələrin ehtiramla anıblar.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun keçdiyi döyüş yolundan,qəhrəman övladlarımızın şücaətindən bəhs ediblər.Tədbirdə məktəblilər şəhidlərimizin qəhrəmanlıqlarına həsr edilmiş şerlər söyləyiblər.
Şəhidin ailə üzvülərinə başsaglıgı verib,səbr diləyiblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024