Mobil versiya
"Azərbaycanın müdafiə ehtiyaclarını qarşılayırıq" - Akar
Tarix: 25-10-2022 | Saat: 18:00
Bölmə:Karusel / Dünya | çapa göndər

"Azərbaycanın müdafiə ehtiyaclarını qarşılayırıq" -

Türkiyənin bölgə və dünyada təhlükəsizliyi təmin edən ölkəyə çevrilməsinin əsas səbəblərindən biri milli müdafiə sənayesinin inkişaf etdirilməsidir.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “SAHA EXPO”- 2022 Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin açılış mərasimində bildirib.

Nazir qeyd edib ki, Türkiyə bu sahədə bir çox ilkə imza atıb.

“Artıq öz silahlarımızı, pilotsuz uçuş aparatlarımızı, helikopterlər, raket və gəmilərimizi istehsal edən ölkəyik. Ən qısa zamanda öz milli qırıcımız və tankımızı da istehsal edəcəyik. Həmçinin, çox şükür ki, başda Şimali Kipr Türk Respublikası, Azərbaycan və Liviya olmaqla dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılaya bilirik”, - Hulusi Akar vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024