Mobil versiya
Qubadlıda icra edilən stuktur layihələri uzun illərin inkişaf dinamikasına hesablanır
Tarix: 25-10-2022 | Saat: 12:50
Bölmə:Ölkə | çapa göndər

Qubadlıda icra edilən stuktur layihələri uzun illərin inkişaf dinamikasına hesablanır

25 oktyabr 2020-ci il tarixi Qubadlının azad olunması ilə 44 günlük Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı şəhərində güclü istehkamların qurulmasına, həmçinin ətraf yüksəkliklərdə düşmənin hərbi birləşmələrinin yerləşdirilməsinə baxmayaraq, Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı sayəsində cəmi bir neçə gün ərzində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Vətən müharibəsi başa çatdıqdan az müddət sonra, 2020-ci il dekabr ayının 23-də Qubadlıya səfər edən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev burada müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bundan sonra Qubadlı yeni inkişaf dövrünə qədəm qoydu.

Bu gün artıq işğaldan azad edilmiş bütün digər rayon və bölgələrimiz kimi Qubadlı rayonu da sürətlə bərpa edilir. Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdıqdan sonra keçən iki il ərzində bu istiqamətdə böyük çox işlər görülüb, irimiqyaslı layihələrin icrasına start verilib.

Qeyd etmək lazımdır ki, bu gün işğaldan azad edilmiş rayonlara dövlət başçısının səfərləri zamanı bir tərəfdən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, digər tərəfdən də bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin real göstəricisi kimi çıxış edir. O cümlədən Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci ilin 25 oktyabr tarixində Qubadlıya etdikləri səfər zamanı bu rayonun dirçəldilməsi və tezliklə inkişaf etmiş bölgələrimizdən birinə çevrilməsi istiqamətində görülən işlər barədə ölkə ictimaiyyətinə ətraflı açıqlamalar təqdim olunmuşdu. Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xnım Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, eləcə də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak etmişdilər. Cənab Prezident İlham Əliyevin Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, sovet vaxtında Qubadlı rayonu üzrə elektrik enerjisinin ümumi istehlakı 12 meqavat idi. Ancaq yeni istifadəyə verilmiş yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. İcrası başa çatmış bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Ümumilikdə isə, azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Həmçinin bu gün Qubadlıda yol infrastruktur işləri ən yüksək səviyyədə həyata keçirilir. Ötən müddət ərzində Qubadlı şəhərinin baş planı, rayonun kəndlərinin inkişaf konsepsiyası hazırlanıb. Baş plan ən müasir normalara uyğun hazırlanaraq, Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024