Mobil versiya
Ağacları kəsib avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib - FOTOLAR
Tarix: 24-10-2022 | Saat: 15:46
Bölmə:Ölkə | çapa göndər

Ağacları kəsib avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Ağacları kəsərək avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib.

Bu barədə aia.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı avtodayanacaq salınması məqsədilə “Turan 97” Məhdud Məsuliyyətli Müəssisə tərəfindən ağacların kəsildiyi və təbiətə ümumilikdə 8 580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024