Mobil versiya
Mingəçevirdə aptek sahibi özünü güllələdi - YENİLƏNİB + TƏFƏRRÜAT
Tarix: 23-10-2022 | Saat: 20:46
Bölmə:Ölkə | çapa göndər

Mingəçevirdə aptek sahibi özünü güllələdi - YENİLƏNİB + TƏFƏRRÜAT

Mingəçevirdə özünü güllələyən ahıl şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, 70 yaşlı Bəxtiyar Səmədov bir müddət əvvəl yeni ev alaraq, ikinci həyat yoldaşı ilə ora köçüb.

O, hələ ki istintaqa məlum olmayan səbəbdən evinin həyətində oldu silah ilə ağzından atəş açaraq həyatına son qoyub.

Bəxtiyar Səmədov şəhərdə “Aptek Bəxtiyar” kimi tanınıb. Onun ikinci evliliyindən 7 yaşlı oğlu var.

Hadisənin baş vermə səbəbi araşdırılır.

17:30

Mingəçevirdə aptek sahibi özünü güllələyib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Günəş küçəsində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov ov tüfəngi ilə özünü güllələyib.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024