Azərbaycan ədalətli sülhün tərəfdarıdır
Tarix: 21-10-2022 | Saat: 11:42
Bölmə:Siyasət | çapa göndər

İkinci Qarabağ müharibəsinin başlamasından artıq iki il ötür. Qazandığımız zəfər Azərbaycan xalqının əzminin, iradəsinin və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir. Bu zəfərlə biz illərdir tətbiq olunmayan qətnamələri gerçəkləşdirdik. Haqqı, ədaləti öz gücümüzlə bərpa etdik. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğur zirvələrini fəth edən Azərbaycan diplomatiyası regional sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatında da mühüm qərarlara imza atacaqdır.
Prezident cənab İlham Əliyev 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışında qeyd etmişdir ki: “Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.”Ermənistanın siyasi-hərbi rəhbərliyi son günlər müxtəlifhərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdür. Bütün bunların fonunda Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edir, humanist bir addım atır, Ermənistan isə bundan imtina edir, yenə də təxribatlara əl atır.Bu, bir həqiqətdir və hər kəsə bəllidir ki, Azərbaycanın sülh mesajları regionun tərəqqisinəxidmət edir. Cənubi Qafqazda sülh bərqərar olsa, bu, hər üç dövlətin xeyrinə olacaq və onların inkişafına çox müsbət təsir edəcək. Ermənistanda bunu dərk etməyin vaxtı çatıb. Rəsmi İrəvan bölgədə yaranmış yeni reallıqların fərqinə varmalıdır. Əsasız iddialardan əl çəkməli, gələcəyə baxmalı, sülh, sabitlik və əməkdaşlıq barədə düşünməlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ müharibəsi başlayan gündən dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarşını da ermənilərə güzəştə getməyəcək. Bu məsələdə Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti sülhün, regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasının tərəfdarıdır. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin gerçəkləşməsini istəmir. Onlar bu məqsədlə bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Ancaq ermənilər dərk etmirlər ki, bu layihələrin reallaşması bütün region, o cümlədən Ermənistanın özü üçün böyük dividend gətirə bilər. Bu gün nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional və beynəlxalq siyasətin əsas aspektlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi sahədə aparılan islahatlar nəticəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilmişdir. Azərbaycan ordusu Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün işğalçı Ermənistan ordusunu məğlub etmək gücündədir! İşğalçı Ermənistan cəbhədə məğlubiyyətə uğraması səbəbindən özünün köhnə metodlarına, terrora əl atmağa başlayıb. Düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın mülki insanları atəşə tutulur ki, bununla da Ermənistan terrorçu mahiyyətini bir daha ortaya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bölgədə sülhün və təhlükəsizliyin yaradılması, Ermənistanla münasibətlərin normallaşdırılması, bir sözlə, yeni səhifənin açılması üçün Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Azərbaycanın müəllifi olduğu sülh gündəliyi dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən dəstəklənərək qarşıya qoyulan məqsədə nail olmaq üçün səylərini əsirgəməyəcəklərini bildirirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sayca dördüncü görüşünün keçirilməsi sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlar kimi dəyərləndirilir. Hər bir görüşün sonunda qəbul edilən Bəyanatda Azərbaycanın mövqeyi dəstəklənir, irəli sürdüyü təkliflər və prinsiplər həmin sənədlərdə yer alır.
Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib.Ermənistan bu gün də məqsədli şəkildə sülh müqaviləsinin imzalanmamasına çalışır. Bəzi dünya gücləri baş verənlərə yenə də seyrçi mövqedə dayanmaqla dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitinin mövcud olmadığını nümayiş etdirirlər. Bütün hallarda Azərbaycan Zəfərimizin yaratdığı reallıqlara söykənək irəliyə doğru inamla addımlayır, hər bir məsələnin həllində beynəlxalq hüququn rolunu önə çəkir. Ölkəmiz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır. Reallıq budur ki, Azərbaycan regionda ölkələr və xalqlar arasında qarşılıqlı fayda verən iqtisadi, ticari, mədəni əlaqələrin yaranması üçün çalışır. İndi hər şey qarşı tərəfin – Ermənistan hökumətinin tutduğu mövqedən asılıdır. Rəsmi İrəvan siyasi iradə ortaya qoyaraq Azərbaycanın ədalətli təkliflərinə diqqətlə yanaşmalı, əsassız iddialarından əl çəkməli, regionda sabitlik və inkişafa maneçilik törətməməlidir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025