Mobil versiya
AzQAC “Qadın və uşaqların sağlamlığının qorunması” mövzusunda humanitar aksiya keçirib -Fotolar
Tarix: 23-05-2025 | Saat: 15:05
Bölmə:Gündəm | çapa göndər

AzQAC “Qadın və uşaqların sağlamlığının qorunması” mövzusunda humanitar aksiya keçirib

2025-ci ilin mayın 22-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində AzQAC-ın 105 illik Yubileyinə həsr edilmiş humanitar aksiya keçirilib.

aia.az xəbər verir ki, aksiya AzQAC-ın Sağlamlıq və Qayğı həmçinin, Miqrasiya şöbələrinin birgə əməkdaşlığı və Cəmiyyətlə əməkdaşlıq edən “Güvən dayə” xidməti MMC, “Bella gigiyenik baxım ləvazimatları” şirkətinin dəstəyi nəticəsində baş tutub. Tədbirin əsas məqsədi miqrant ailələrindən olan qadınların, uşaqların maarifləndirilməsi və tibbi müayinəsi olmuşdur. Tədbirdə 30 nəfər qadın və 23 uşaq iştirak edib. AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran tədbir iştirakçılarını salamlayaraq tədbirin əsas mahiyyətini açıqlayıb. AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova “Qadın və uşaqların sağlamlığının qorunması” ilə bağlı məlumatları təqdim edib. AzQAC-ın miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva Cəmiyyətin miqrant ailələrinə mütamadi dəstəklə bağlı fəaliyyətlər barədə çıxış edib. Sonra isə maarifləndirmə çərçivəsində, “Qadın və gənc qızların iş təcrübəsinə dəstək”, “Qadın və qızların gigiyenası” mövzularına aid məlumatlar təqdim edilib. Tədbirin ikinci hissəsində isə AzQAC-ın könüllü sağlamlıq işçiləri pediatrlardan H.Ələvsərova, İ.Rüstəmbəyli, S.Bağırova, V.Əliyeva, G.Nəcəfova, S.Məmmədova, S.Bağırova və tibb bacısı M.İsrafilova tərəfindən tədbir iştirakçıları arasında müayinələr həyata keçirilib. Bununla yanaşı iştirakçılar arasında onların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə ÜST-nın Sağlamlıq sorğusu (PHQ-9), Beynəlxalq Uşağın inkişafının dəstəklənməsi və izlənməsinə dair (İDİR) və UAFA-nın uşaq inkişafına dair sorğuları əsasında iş aparılıb. Müayinənin və aparılan qiymətləndirmələrin nəticəsində aşkar olunmuş problemlərə dair iştirakçılara lazımi tövsiyələr verilməsi ilə yanaşı, onlara əlavə laborator müayinələr üçün tibb müəsssisələrinə müraciət edərək əlavə konsultasiyanın alınması tövsiyə olunub. Tədbir geniş şəkildə AzQAC-in informasiya şöbəsi tərəfindən işıqlandırılıb. İştirakçılar tədbirin təşkilatçılarına öz təşəkkürünü bildiriblər. Sonda hər ailəyə “Friso Gold”-dan və “Seni” təşkilatlarından təqdim olunan hədiyyələr paylanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025