Mobil versiya
Azərbaycan ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Tarix: 20-10-2022 | Saat: 15:07
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən oktyabrın 13-də Astanada keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında təşkilata üzv ölkələrin işğal dövründə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlər və vandalizm əməlləri barədə ətrafl məlumatlandırılması böyük siyasi əhəmiyyət kəsb edən bir addımdır. Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, işğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı davamlı olaraq sistemli şəkildə müharibə cinayətləri törədib. Son günlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində aşkar olunmuş kütləvi məzarlıqlar erməni vandalizminin, erməni vəhşiliklərinin misli görünməmiş miqyasından xəbər verir. Bu faktlar hələ Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş hesab olunan 3900-ə yaxın Azərbaycan vətəndaşının aqibəti barədə ən dəhşətli ehtimalların əslində reallıqdan heç də uzaq olmadığını deməyə əsas verir. Aşkar olunmuş iki kütləvi məzarlıqda işgəncələrə məruz qoyularaq sonradan qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının və hərbçilərinin basdırılması faktı artıq öz təsdiqini tapıb. Ermənistan isə hələ də Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməkdən yayınır. Həmçinin Qarabağ münaqişəsinin artıq iki ildir ki, həll olunmasına baxmayaraq, Ermənistan hələr də sərhəddə təxribatlar törətməkdə davam edir.

Belə ki, ölkəmizə qarşı davamlı olaraq törətdiyi mina terroru səbəbilə bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı əpazilərimizdə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları məbləğində vəsait lazımdır.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan 2020-ci ildə apardığı ədalətli Vətən müharibəsinin nəticəsində azad etdiyi ərazilərində eyni zamanda həm minalardan təmizlənmə, həm də öz resursları hesabına möhtəşəm yenidənqurma işlərini aparır. Artıq ölkəmizdə “Böyük Qayıdış” adlanan proqramın icrasına start verilib. Bu proqramın icrası keçmiş məcburi köçkün vətəndaşlarımızın öz doğma yurdlarına qayıdış prosesini nəzərdə tutur. Həmçinin Azərbaycan tərəfindən həyata keçirilən və azad edilmiş əraziləri də əhatə edən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Eyni zamanda da ölkəmiz Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024