Mobil versiya
Azərbaycanda 168 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Tarix: 20-10-2022 | Saat: 11:16
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda 168 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin 9 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən götürülən 4 ton 827 kq 532,775 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 168 635 000 manat (99 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

aia.az xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-fevral aylarının yekununa dair məlumatda öz əksini tapıb.

Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 5-6 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunan 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, 28 697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025