Mobil versiya
Rusiya Xerson əhalisini köçürür: Şəhər uğrunda şiddətli döyüşlər başlayır
Tarix: 19-10-2022 | Saat: 14:04
Bölmə:Dünya | çapa göndər

Rusiya Xerson əhalisini köçürür:

Ukraynanın işğal edilmiş Xerson vilayətinin qeyri-qanuni rəhbərliyi vilayətin sakinlərini Dnepr çayının sol sahilinə köçürür.

Qeyd olunur ki, artıq Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin yaşayış məntəqələrini azad edilməsi istiqamətində hərəkətə keçib.

Öz növbəsində işğal edilmiş vilayətin nümayəndəsi Kirill Stremousov bildirib ki, Rusiya ordusu Xersondan geri çəkilmək niyyətində deyil:

“Ukrayna Silahlı Qüvvələri Xerson vilayətindəki hərbi texnikanın sayını artırmaqda davam edir. Hazırda on minlərlə hərbçi Xerson vilayətinin təmas xəttindədir. Eləcə də çox sayda hərbi texnika var”, - deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə