Mobil versiya
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi layihəyə start verdi
Tarix: 19-10-2022 | Saat: 11:43
Bölmə:Ölkə | çapa göndər

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi layihəyə start verdi

Vətəndaş cəmiyyətinin mənafelərinin qorunub saxlanılması və xüsusən onların həssas təbəqəsinin hüquqlarının təmini istiqamətində "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və digər aztəminatlı şəxslərə hüquqi yardımların göstərilməsi" adlı layihəsinin icrasına başlamışdır.

Layihə üzrə ödənişsiz hüquqi xidmət 15 sentyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixinə qədər davam edəcəkdir.

Layihədən faydalanmaq istəyən həssas qrupun üzvləri facebook (pulsuz hüquqi xidmət səhifəsi), whatsApp ((055) 858-55-59) sosial şəbəkələr üzərindən layihəyə cəlb olunmuş vəkil ilə əlaqə saxlaya biləcəklər. Belə ki, layihənin icrasına Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov cəlb olunacaqdır. Araz Nurməmmədov vətəndaşların qəbulu həyata keçirərək, onlara şifahi və ya yazılı formada hüquqi xidmət göstərəcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024