Mobil versiya
Yüz il ərzində erməni vandallarının vəhşi xislətində heç bir dəyişiklik olmayıb
Tarix: 19-10-2022 | Saat: 09:40
Bölmə:Ölkə | çapa göndər

Yüz il ərzində erməni vandallarının vəhşi xislətində heç bir dəyişiklik olmayıb

2007-ci ilin aprelində Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən tapılmış kütləvi məzarlıqda aparılan təhqiqatlar nəticəsində müəyyən edilmiş faktlarla işğaldan azad edilmiş ərazilərimizdə bu yaxınlarda aşkar olunmuş kütləvi məzarlıqlar arasında müqayisə aparsaq yüz il ərzində erməni vandallarının vəhşi xislətində heç bir dəyişiklik olmadığını aşkar görə bilərik. İşğal, terror, insanlıq əleyhinə hərbi cinayətlər bu qövmün öz məqsədlərinə çatmaq üçün tarix boyu əl atdıqları üsullar olub. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aprdığı və tarixi Qələbə ilə başa çatdırdığı Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçı ordusunu darmadağın etməsəydi, erməni faşizminin qanlı cinayətləri daha böyük miqyas alacaqdı. Lakin Azərbaycan Cənubi Qafqazın xilaskarı missiyasını şərəflə həyata keçirdi. Dövlət başçımızın cari ilin 13 oktyabr tarixində Astanada keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında etdiyi çıxışında dediyi kimi, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
Azərbaycanın zəfəri region xalqlarını böyük təhlükədən qurtardı. Lakin ermənilərin 30 il ərzində ölkəmizə və xalqımıza qarşı apardıqları terror və hərbi təxribatlar siyasəti, törətdikləri hərbi cinayətlər hələ də davam edir. İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Erməni qəsbkarları işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Bu gün də Qarabağ münaqişəsinin artıq iki ildir ki, həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu da bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Lakin Azərbaycan yenə də öz prinsiplərinə sadiqlik nümayiş etdirərək sülh çağırışları ilə çıxış edir. Ermənistan hökuməti tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının öz dədə-baba torpaqlarından qovularaq 30 il ərzində əziyyət çəkməsinə, xalqımıza qarşı törədilən misli görünməmiş vəhşiliyə, qətliamlara, yüzlərlə şəhər və kəndlərimizin dağıdılmasına, viran qoyulmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Bu təklifi layiqincə dəyərləndirmək isə artıq ermənilərin bəlkə də sonuncu şansları ola bilər.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə