Mobil versiya
GNG Group üzvləri “Nur” uşaq evini ziyarət etdilər - FOTOLAR
Tarix: 18-10-2022 | Saat: 10:13
Bölmə:Ölkə | çapa göndər

GNG Group üzvləri “Nur” uşaq evini ziyarət etdilər


“Grandiose Notion Groups” MMC-nin (GNG) fəaliyyət sahələrindən biri də müxtəlif xeyriyyə layihələrinin icrasıdır. Bu aksiyaların əksəriyyətinin mahiyyətində ziyarət fəlsəfəsi durur. GNG-nin üzvləri bu düşüncədədirlər ki, kimsəsiz insanlar hətta bütün maddi nemətlərlə təmin olunsalar belə, onların daha çox ünsiyyətə, mənəvi dəstəyə hər zaman ehtiyacları var. Buna görə də hər belə xeyriyyə aksiyasının gedişində gənclər müxtəlif səbəblərədən valideyn himayəsindən məhrum olmuş uşaqların pənah gətirdikləri müəssisələri ziyarət edir, buranın sakinlərinin gələcəkdə cəmiyyətimizə daha rahat inteqrasiyaları üçün etibarlı zəmin hazırlanmasına kiçik də olsa töhfələrini verməyə çalışırlar.

Oktyabrın 15-də GNG növbəti xeyriyyə layihəsini həyata keçirdi. “Körpələrə pənah olaq” adlanan bu aksiya silsilə xarakterli tədbirlərin növbəti bir mərhələsi kimi baş tutdu. GNG-nin bu dəfəki ziyarət ünvanı Ramana qəsəbəsində fəaliyyət göstərən “Nur” uşaq evi oldu. Əlbəttə ki, GNG-nin hədiyyələri də uşaqları çox sevindirdi. Amma bu layihənin əsas qayəsi əlbəttə ki, daha çox mənəvi eytiyacların ödənilməsi idi. Bir neçə saat davam edən ziyarət zamanı həm uşaqlar, həm də ziyarətçilər mənəvi dünyalarını bir qədər də zənginləşdirdilər.

Bu gün ölkəmizdə kimsəsiz uşaqlara xüsusi diqqət və qayğı göstərilməsi dövlətimiz tərəfindən həyata keçirilən daxili siyasətin vacib istiqamətlərindən biridir. Amma unutmaq lazım deyil ki, bu uşaqlar həm dövlətin, həm də cəmiyyətin gələcəyinin bir hissəsidir. Buna görə də bu gələcəyin möhkəm təməllər üzərində qurulması üçün dövlətlə yanaşı cəmiyyət də məsuliyyət daşımalıdır. Hər kəs bacardığı qədər.


aia.az

[media=https://www.youtube.com/shorts/OhIXefdMRaI]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024