Mobil versiya
Mədəniyyət Nazirliyinə müvəqqəti sözçü təyin olundu
Tarix: 17-10-2022 | Saat: 09:41
Bölmə:Ölkə | çapa göndər

Mədəniyyət Nazirliyinə müvəqqəti sözçü təyin olundu

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müvəqqəti müdir təyin olunub.

aia.az xəbər verir ki, bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib.

Məlumata görə, nazirliyin şöbə müdiri Məryəm Qafarzadə sosial məzuniyyətə çıxıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsini isə qurumun böyük məsləhətçisi Fariz Hüseynli icra edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025