Nəqliyyat-tranzit sahəsi Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biridir
Tarix: 16-10-2022 | Saat: 22:30
Bölmə:Ölkə | çapa göndər
Azərbaycan və Qırğızıstan arasında münasibətlər artıq yarım ildir ki, strateji tərəfdaşlıq səviyyəsində davam edir. Bu ilin 19-20 aprel tarixlərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri baş tutmuşdu. Həmin səfər çərçivəsində Azərbaycan və Qırğızıstan dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə etmişdilər. Bundan başqa, Azərbaycanla Qırğızıstan arasında Strateji Əməkdaşlıq barədə Bəyannamə, həmçinin, Dövlətlərarası Şuranın yaradılması haqda Memorandum imzalanmışdı. Bu əməkdaşlığın məntiqi davamı olaraq oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğız Respublikasına rəsmi dövlət səfəri edib. Səfər çərçivəsində dövlətimizin başçısı Bişkekdə keçirilmiş Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında iştirak edib.
Azərbaycan Prezidenti ölkələrimiz arasında imzalanmış Bəyannamənin effektiv şəkildə icra olunduğunu məmnunluqla qeyd edib. Bildirilib ki, yarım il bundan əvvəl müəyyən edilmiş hədəflərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Həmçinin dövlətimizin başçısı Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında mədəni-humanitar əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən və təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər spektrinin ətraflı müzakirə olunduğunu bildirib. Həmçinin ölkələrimiz arasında effektiv əməkdaşlığın konkret nümunələri kimi Azərbaycana məxsus “Azersky” və “Azerspace-1” kosmik peyklərinin Qırğız tərəfdaşlarımıza xidmətlər göstərməyi göstərilib və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarının müəyyən edildiyi vurğulanıb. Daha bir perspektivli əməkdaşlıq istiqaməti kimi nəqliyyat-tranzit sahəsi qeyd olunub. Bildirilib ki, Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.
Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra hər iki ölkənin Prezidentlərinin iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. O cümlədən “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı” və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələrinin əsasında səmimi dostluq münasibətlərinin durduğunu təsdiqləyən faktlardan biri də Bakı və Bişkek şəhərlərinin qardaşlaşmış şəhərlərə çevrilməsidir. Öz çıxışında cənab Prezident İlham Əliyev həmçinin bu siyahının digər şəhərlərlə də davam etdirilməsinin müzakirə olunduğunu bildirdi. O cümlədən qeyd olundu ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri də Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Mətbuat konfransının vaxt məhdudiyyəti çərçivəsində gündəlikdə duran məsələlərin bütün maddələrinin sadalanması ölkələrimiz arasında əməkdaşlığın dərinliyindən, qarşılıqlı münasibətlərin səmimiliyindən və nəzərdə tutulmuş bütün hədəflərə nail olunacağından xəbər verir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025