Mobil versiya
Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir.
Tarix: 16-10-2022 | Saat: 18:33
Bölmə:Ölkə | çapa göndər

Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir.

Ermənistan hazırda Azərbaycana qarşı mina terroru siyasəti həyata keçirir. Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur. Artıq son 3 gündə 6 nəfər Azərbaycan vətəndaşı Ermənistanın işğal və ondan sonrakı dövrdə bölgədə basdırdığı minalara düşürək həlak olub və ya ağır yaralanıb. Xatırlatma:
- 2022-ci il 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub;
- 2022-ci il 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu yaralanıb;
 2022-ci il 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş “Üçüncü Sovxoz” adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu ağır xəsarət alıb; və bu siyahını daha da artırmaq olar
Ermənistanın mina terroru son günlər baş verən partlayış hadisələri ilə bitmir.
2020-ci il noyabrın 10-dan bu vaxta qədər onlarla mülki şəxs və hərbçi mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanıb.
Ermənilər həm işğal dövründə, həm də Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarkən bölgəyə çoxsaylı mina döşənib, xeyli sayda partlamamış mərmi basdırılıb. Bütün çağırışlara baxmayaraq, Ermənistan postmüharibə dövründə həmin ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib. Düzdür, İrəvan iddia edir ki, bütün minalanmış ərazilərin xəritələrini təhvil verib. Lakin reallıq isə tam fərqlidir. Verilən xəritələrin dəqiqliyi 25 faizdən azdır. Ermənilərin Laçın, Kəlbəcər və Ağdamdan çıxarkən basdırdıqları minaların isə ümumiyyətlə xəritələri yoxdur. İnsanların yaşayacağı ərazilərin xəritəsiz minalanması isə dünya hərb tarixində az halda rast gəlinən hadisədir.

Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışında bildirib:

“Mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb”.

Məmmədova Cəmilə
ADPU




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024