Mobil versiya
Salyanda şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemlərinin həlli diqqət mərkəzində saxlanılır
Tarix: 13-10-2022 | Saat: 18:06
Bölmə:Manşet / Ölkə | çapa göndər

Salyanda şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemlərinin həlli diqqət mərkəzində saxlanılır

Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə diqqət və qayğı ən yüksək səviyyədə göstərilir. Ölkə Prezidenti cənab İlham Əliyev öz tapşırıqlarında bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini əsas vəzifə olaraq müəyyən edib. Aydındır ki, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin məsuliyyəti də daha çox icra orqanlarının üzərinə düşür.

Bu baxımdan hazırda Salyan rayonunda gedən proseslər də öz aktivliyi, görülən tədbirlər isə yüksək səmərəliliyi ilə diqqəti cəlb edir. Birmənalı olaraq deyə bilərik ki, bu gün Salyanda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə qazilərinə böyük diqqət və qayğı göstərilməkdədir. Qeyd edək ki, Salyan rayonun İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş 60 şəhidi var. Bir şəhid isə 2016-cı ili aprel döyüşlərində öz canını fəda edib. Ölkə Prezidentinin şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonda davamlı olaraq operatv işlər görülür, bu məsələlər rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır. Həm də bu istiqamətdə görülən tədbirlər Salyanda artıq müxtəlif ənənələrin yaranmasına səbəb olmuşdur. Belə ənənələrdən biri də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin doğum günlərində onların məzarlarını və ailələrini ziyarət etmək olub. O cümlədən oktyabr ayının ilk ongünlüyündə Salyanda artıq altı belə tədbir keçirilib.


Oktyabrın 1-də Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Səfa Yenişar oğlu Qaraxanov və Ramin Emin oğlu Cavadovun şəhadətlərinin ildönümü ilə əlaqədar məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar. Bundan başqa oktyabrın 3-də Vətən müharibəsi şəhidi Tağıyev Əli Rahil oğlunun, oktyabrın 5-də Vətən müharibəsində şəhid olmuş gizir Əmrah Firavan oğlu Həmidovun, oktyabrın 6-da Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Sabir Hikmət oğlu Salahovun və Kamran Dadaş oğlu Quliyevin, oktyabrın 9-da şəhid baş leytenant Aslan Əvəz oğlu İsmayılovun və oktyabrın 10-da Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Balıyev Hüseynağa Salman oğlunun şəhadətinin ildönümləri münasibətilə məzarları ziyarət olunmuşdur.

Bu gün şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Salyan rayonunda və rayonun kənd və qəsəbələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələri yaradılır. Bundan başqa Salyan RİH-nin rəhbərliyi və məsul işçiləri tərəfindən mütəmadi olaraq birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri, qazilər öz evlərində ziyarət edilir, onların sosial qayğıları öyrənilir, problem və ehtiyaclarının ödənilməsi istiqamətində operativ tədbirlər görülür. Bu məsələlər Salyan rayon İcra Hakimiyyətində keçirilən Aparat müşavirələrində də hər zaman ətraflı müzakirə olunur. Bu müşavirələrdə vətəndaş müraciətlərinə baxılması, xüsusən də şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, yerlərdə səyyar qəbulların təşkili ilə bağlı konkret qərarlar qəbul edilir.


Həmçinin qeyd etmək lazımdır ki, Salyan rayonunda sakinlərlə mütəmadi olaraq keçirilən səyyar qəbul-görüşlər də kifayət qədər səmərəli olur. Həmin görüşlər zamanı yerlərdə vətəndaşların müraciətlərinə obyektiv və operativ baxılır, vətəndaş məmnunluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür.

Bir sözlə, bu gün Salyanda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur, həmçinin şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da göstərilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin bu rayonda layiqincə reallaşdırılması üçün bütün lazım olan addımlar atılır.


Təəssüflər olsun ki, son vaxtlar xoşagəlməz tendensiya halını almağa başlamış dövlət məmurlarına qarşı “qara piar” kampaniyalarının aparılması təcrübəsi Salyan rayonundan da yan keçməyib. Bu günlərdə internet saytlarından birində Salyan RİH-nin başçısının guya ki, bir xanıma, də müharibə qazisinin anası olan bir xanıma qarşı kobud rəftarı barədə bir materialla qarşılaşdıq. Əlbəttə ki, bu gün biz Salyan rayonunda Sevindik Hətəmovun rəhbərliyi ilə görülən işlərdən, o cümlədən şəhid ailələri, müharibə iştirakçıları və qazilərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin effektivliyindən və xüsusilə də bu sahədə dövlət siyasətinin rayonda necə böyük diqqət və məsuliyyətlə həyata keçirildiyindən kifayət qədər məlumatlıyıq. Məhz buna görə də sözügedən materialda irəli sürülən ittihamların əsassız olduğuna dair heç bir şübhəmiz yoxdur. Bununla belə, dərc olunan məlumatlar ətrafında araşdırma aparmaq da bizim həm hüququmuz, hən də vəzifə borcumuz olduğundan müvafiq sorğu ilə Salyan RİH-nə müraciət etdik. Əldə etdiyimiz məlumatları olduğu kimi dərc etməyi özümüzə borc bilirik:


1.Salyan RİH-nin başçısının tapşırığına əsasən vətəndaş Sevda Əliyevaya Aşağı Noxudlu bələdiyyəsindən 0,02 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Vətəndaş S.Əliyeva Aşağı Kürkəndi kəndində qeydiyyatda olduğu üçün, ona ayrılmış torpaq sahəsi qanunvericiliyə əsasən hərrac və müsabiqə qaydasında veriləcəkdir. Vətəndaşın müraciəti nəzarətə götürülmüş və torpağın sənədləşmə işlərinə başlanılmışdır.
2.Vətəndaşın müraciəti əsasında RİH başçısı aidiyyəti şəxslərlə birlikdə vətəndaşın evində olmuş, evinə gedən yararsız elektrik xəttlərinin yenilənməsinə və yığılmış borcunun ödənilməsinə müvafiq göstəriş vermişdir.
3.Vətəndaş S.Əliyevanın 6 ay kirayə pulu öncədən ödənilməsinə köməklik göstərilmiş, davamlı olaraq ərzaq yardımları olunmuşdur.
4.Vətəndaş S.Əliyeva həyat yoldaşından ayrılmışdır. Müraciətdə qeyd etdiyi oğlu, II Qarabağ müharibəsi veteranı Əliyev Ülvi atası Əliyev Azər ilə birgə Aşağı Kürkəndi kəndində yaşayır və ona müraciəti əsasında digər müharibə iştirakçıları kimi RİH tərəfindən əkin məqsədilə 1 ha torpaq sahəsi ayrılmışdır.


Deyilənləri nəzərə alaraq, bütün həmkarlarımızı bir daha belə həssas mövzularda son dərəcə diqqətli və dürüst olmağa çağırırıq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024