Mobil versiya
Şəhidin məzarı ziyarət olundu - FOTOLAR
Tarix: 12-10-2022 | Saat: 18:34
Bölmə:Ölkə | çapa göndər

Şəhidin məzarı ziyarət olundu

Bu gün-12.10.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Şahdağ kəndindən Hüseynov Rafiz Afiq oğlunun doğum günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının, Gədəbəy rayon İH Başçısı aparatının məsul işçiləri , Gədəbəy Rayon Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.

Yaşasaydı 20 yaşı tamam olacaqdı Rafizin.

Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024